Anadolu Universiteti Azərbaycan Programları koordinatoru Azər Hətəmov Anadolu Universitesinin tarixçi alimi Mehmet...

Anadolu Universiteti Azərbaycan Programları koordinatoru Azər Hətəmov Anadolu Universitesinin tarixçi alimi Mehmet Topalla görüşmüşdür.

0 444

      Anadolu Universitesinin tarixçi alimi Mehmet Topal Azərbaycanda 16-18 Aprel işgüzar səfərdə olmuşdur. Sayın Mehmet Topal Anadolu Universitetinin də təşkilatçısı olduğu “Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə” mövuzusunda III Beynəlxalq Elmi Konfransda iştirak edərək, öz çıxışında “1915-ci il hadisələrinin əsl gerçəkləri haqqında arxiv sənədlərinə əsaslanaraq bildirmişdir ki, həmin vaxt heç bir soyqırım olmamış, əsl qətliam 20-ci yüzillikdə bütün dünya ictimaiyyətinin gözləri qarşısında baş verən Xocalı Soyqırımı olmuşdur. Mehmet Topal Türkiyədə bu istiqamətdə son vaxtlar arxivlərdə geniş araşdımalar aparıldığını, bütün sənədlərdə ermənilərin iddialarının tam tərsi, yəni əslində türk xalqlarına qarşı edilmiş soyqırımlar olduğunun isbatlandığını” bildirmişdir. Mehmet Topal Tədbir zamanı həmçinin Space televiziyasına mövzu ilə əlaqədar müsahibə vermişdir.

      Tədbir sonrası Mehmet Topal Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarət etmiş, Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmovla görüşmüşdür. Görüş zamanı koordinator tərəfindən ona Azərbaycan Proqramları haqqında geniş məlumat verilmiş ve gələcəkdə Mehmet bəyin və tələbələrin iştirakı ilə tarixi mövzulara həsr olunmuş tədbirlərin keçirilməsi müzakirə olunmuşdur.

1 2 3 4 5 6 7 8 Безымянный

Əlavə Linklə

www.e-vc.az     www.moderator.az     www.jurnalistika.az     www.todaysbaku.az     www.anamedia.az     www.publika.az     www.bignews.az     www.dialoq.info     www.azpress.az     www.olaylar.az

Facebook Comments