Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 27-də rəsmi...

Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 27-də rəsmi qəbul təşkil edib.

0 100 views

http://viralshareit.com/disqusion/81.html       Türkiyənin Azərbaycandakı Səfirliyi Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 27-də rəsmi qəbul təşkil edib. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin səfirləri, media təmsilçiləri və digər qonaqlar iştirak edib.

      Azərbaycanın tanınmış müğənnisi Sevda Ələkbərzadə tərəfindən hər iki ölkənin dövlət himnləri canlı ifa olunduqdan sonra, qardaş ölkənin yeni təyin olunan səfiri Erkan Özoral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Prezident məktubunda bildirib ki, 93 ildən sonra Türkiyə regionun ən güclü dövlətlərdən birinə çevrilib. Bəhs olunan təbrikdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat deyib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır. Baş nazirin müavini Əli Əhmədov Azərbaycan dövləti, hökuməti və şəxsən öz adından səfiri, diplomatın timsalında bütün Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib. Ə.Əhmədov bildirib ki, bu gün Türkiyə dünya tarixinin çox böyük, möhtəşəm reallığıdır: “Əgər bəşəriyyətin tarixini türk tarixindən, türk dövlətçilik tarixindən kənarda təsəvvür etmək mümkün deyilsə, eynilə də bugünki dünyanı möhtəşəm Türkiyədən kənar təsəvvür etmək mümkün deyil”.

     Tədbirdə Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov da iştirak etmişdir. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov tədbirdə Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan  Özoral ilə görüşmüşdür. Görüş əsnasında Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov yeni təyin olunmuş səfiri “Cumhuriyyet Bayramı” münasibəti və səfir təyin olunması ilə əlaqədar təbrik etmiş ona işlərində uğurlar arzulamışdır. Anadolu universiteti Azerbaycan Proqramları Koordinatoru tədbirdə həmçinin bir çox görkəmli şəxslərlə görüşərək, Anadolu Universiteti Azərbaycan Proqramları haqqında bir sıra fikir mübadiləsi aparmışdır.

Facebook Comments