ANADOLU UNİVERSİTETİNİN MƏZUNU OLMAQ HİSSİNİ YAŞAMAQ

ANADOLU UNİVERSİTETİNİN MƏZUNU OLMAQ HİSSİNİ YAŞAMAQ

0 932

1 2Anadolu Universitetinin Məzunu olmaq hissini yaşamaq…

        Hər bir insan xəyallarında özü üçün bir aləm qurur və bu həyatı yaşamağa çalışır. Lakin birisi hey xəyallarla yaşayır, xarici filmlərdə olduğu kimi, hansısa möcüzənin baş verməsini gözləyir və son nəticədə xəyalları elə xəyal olaraq qalır. Ancaq elələri də var ki, öz xəyallarının reallığa çevrilməsi üçün ortaya əmək və çalışqanlıq qoyaraq, istəklərinə nail olmağı bacarır. Bugünkü yazımızın qəhramanı Mirismayıl Hüseynov məhz ikincilərə aiddir. Çünki, öz həyatını qurmaq üçün əlindən gələni edib.

          Mirismayıl Adil oğlu Hüseynov 12 mart 1994-cü ildə Gəncə şəhərində anadan olub. 2011-ci ildə Gəncə şəhəri 42 saylı tam orta məktəbi bitirdikdən sonra, elə həmin il Anadolu Universitetinin “İşletme” fakültəsinə qəbul olunur. Özünün dediyi kimi, bu onun xəyallara doğru ilk uğurlu addımıdır. Digər addımı isə oxuduğu müddətdə Onur və Yüksek onur belgeleri alması və bu il yüksək məzun adına layiq görülməsidir.

          Lakin oxumaqla bərabər Mirismayıl daima işləyir. 2012-ci ildən etibarən o, Gəncə şəhərinin bəzi otel və marketlərində Menecer və Administrator vəzifələrində çalışır. Elə hal-hazırda da nüfuzlu otellərin birində Resepsionist-Administrator vəzifəsinə kimi yüksəlibdir.

          Mirismayıl deyir ki: “Öz işimi çox sevirəm. Mənə elə gəlir ki, həyatda pis iş olmur, hər şey isə yanaşmaqdan asılıdır. Mən də çalışıram ki, işlədiyim yerdə seçdiyim peşənin sirrlərini öyrənim və vəzifəmi keyfiyyətlə yerinə yetirim. Bu yolda mənim ən başlıca məsləhətçim və yardımçım Anadolu Universiteti Azərbaycan Proqramları vasitəsi ilə aldığım biliklərdir. Xüsusilə qeyd etməliyəm ki, peşədən asılı olmayaraq məhz bu biliklərin sayəsində çalışdığım hər bir vəzifədə ən müasir metodologiyalardan istifadə edərək, uğurlara imza ata bilirəm. Deməliyəm ki, rəhbərlik də belə yanaşmanı çox yüksək dəyərləndirir”.

          Bütün deyilənlərlə yanaşı, Mirismayılın xobbisi də var. O, boş vaxtlarında gitara çalır. Xüsusilə qeyd edir ki, insan hərtərəfli inkişaf etməlidir. Musiqi isə insanının zövqünü formalaşdırır, insanı mənən zəngilləşdirir.

          Bu yazı hazırlananda, biz Mirismayılın çalışdığı otelin rəhbərliyi ilə əlaqə saxladıq və onun necə işçi olması ilə maraqlandıq. Otelin rəhbərliyindən bildirdilər ki, Mirismayılın hal-hazırda çalışdığı vəzifə çox yüksək məsuliyyət tələb edir və o, bu vəzifənin öhdəsindən layiqincə gəlir, daima yeniliklərə imza atır. Mirismayılın daha bir özəlliyi ondadır ki, o, türk dilini mükəmməl bilir və qardaş ölkədən gələn qonaqlar bundan çox məmnun qalırlar.

          Sonda Mirismayıl çox qürurla bidirdi ki, o, Anadolu Universitetinin məzunu olmaq hissini ona yaşadanlara dərin minnətdardır, bu yüksək adı fəxrlə daşıyır və daşıyacaqdır.

Facebook Comments