Millət vəkili Qənirə Paşayeva Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan ilə...

Millət vəkili Qənirə Paşayeva Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan ilə görüşüb

0 549

      Millət vəkili Qənirə Paşayeva Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan  ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Paşayeva Anadolu  Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin, burada təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının müsbət hal olduğunu qeyd edərək, onların burada özlərini vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

      Qənirə Paşayeva universitetin rektoru professor Naci Gündoğana Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

      Millət vəkili universitetdə  Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması türk soylu gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən universitetə hədiyyə ediləcəyini də deyib. 

      Universitetin rektoru Naci Gündoğan  təklifi dəstəkləyib və  bu məsələyə baxılacağını bildirib.

      Qənirə Paşayeva Anadolu Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onları Azərbaycana dəvət edib.

      Dəvəti məmnuniyyətlə qəbul edən Naci Gündoğan  rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf  edəcəyini deyib  və  millət vəkilini universitetdə konfranslar verməyə dəvət edib. 

      Görüşdə iştirak edən Eskişeher Azərbaycan Dərnəyinin rəhbəri Cavid Məmmədov da universitetdə əməkdaşlığın genişlənməsi, burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb.

1 2

Facebook Comments