16 Fevral 2016-cı il tarixində ATİB tərəfindən təşkil olunmuş “İşgüzar nahar” keçirilib.

16 Fevral 2016-cı il tarixində ATİB tərəfindən təşkil olunmuş “İşgüzar nahar” keçirilib.

0 614

      İşgüzar naharda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer, Azərbaycan Respublikasının Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, Akademik Ziyad Səmədzadə, İqtisad Universiteti Rektorunun müşaviri Elşən Bağırzadə, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, ATİB üzvləri və digər dəvət olunmuş qonaqlar iştirak etdi.

      ATİB sədri cənab Cemal Yangın qonaqları salamlayaraq onlara tədbirdə iştiraklarına görə təşəkkürünü bildirdi və işgüzar naharın mövzusuna aid öz fikirlərini bildirdi.

    Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun  “İşgüzar Nahar”ın indiki şəraitdə keçirilməsini yüksək qiymətləndirərək, Azərbaycan-Türkiyə iş adamları arasında əməkdaşlığın daha yüksək səviyyədə inkişaf etdirilməsi üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirdi.

      Azərbaycan Respublikasının Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, Akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatı müasir mərhələdə: reallıqlar, qlobal çağırışlar və perspektivlər” mövzusu ilə çıxış etdi. Akademik Ziyad Səmədzadənin çıxışı çox maraqla dinlənildi və sonra mövzü ətrafında müzakirələr aparıldı.

      Tədbirdə həmçinin ATİB üzvləri olan “Türk Hava Yolları”, “PAŞA” Bank və “Arlogic Baku” MMC şirkətlərinin təqdimatlarını nümayiş etdirilmişdir. Çıxışçılara plaketlər və hədiyyələr təqdim olundu.

2 3 4 5 6 IMG_6574 7 8 9 10 11 12 13 15 16 17 24471472534_ec780f9d05_k 18

Facebook Comments