Anadolu Universitetinin Rektoru Prof. Dr. Naci Gündoğan Anadolu Universiteti Azərbaycan Proqramlarında təhsil...

Anadolu Universitetinin Rektoru Prof. Dr. Naci Gündoğan Anadolu Universiteti Azərbaycan Proqramlarında təhsil alan tələbələrlə görüşmüşdür

0 488

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə 26-27 Apreldə Bakı şəhərində keçirilən Birləşmiş Millətlər  Təşkilatının  Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün, Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin Rektoru Prof. Dr. Naci Gündoğan səfəri çərçivəsində Anadolu Universiteti  Azərbaycan Proqramlarında distant təhsil alan tələbələrlə də görüşmüşdür. Tələbələr Prof. Dr. Naci Gündoğanı böyük coşqu və gül-çiçək dəstələri ilə qarşılamışdır.

      Öncə Prof. Dr. Naci Gündoğan Anadolu Universiteti Azərbaycan Proqramlarında distant təhsil alan tələbələr üçün  yaradılmış şəraitlə maraqlanmışdır.

      Tələbələrlə görüşdə Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov Prof. Dr. Naci Gündoğanı və tələbələri salamlayaraq bildirmişdir ki, cənab Rektor rəsmi tədbir öncəsi səfər proqramındakı məhdud vaxta baxmayaraq tələbələri ilə görüşə böyük önəm verərək sizlərlə görüşə gəlmişdir, buna görə ona tələbələr adından təşəkkür edirik. Sonra söz Anadolu Universitetinin Rektoru Prof. Dr. Naci Gündoğana verildi. Rektor öz çıxışı zamanı Anadolu Universiteti tərəfindən tələbələrin təhsillərinə yönəlik son vaxtlar görülmüş işlər, Universitetin həyata keçirdiyi layihələr haqqında məlumat verərək tələbələri maraqlandıran digər mövzulara toxunmuşdur. O, öz çıxışında tələbələrə diplomu aldıqdan sonra, təhsilləri ilə kifayətlənməməyi, geniş dünyagörüşünə malik olmalarını, dil biliklərini təkmilləşdirmələrini, daim öz üzərilərində işləmələrini tövsiyə etmişdir.

      Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

      Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyini İH-nin sədri Cemal Yangın da iştirak etmişdir.

IMG_7713 IMG_7715 IMG_7730 IMG_7788 IMG_7789 IMG_7795 IMG_7827 IMG_7831 IMG_7879 IMG_7911 IMG_7924 IMG_7933 IMG_7946 IMG_7966 IMG_7967 IMG_8018 IMG_8055

Facebook Comments