Zaqatalalı gənc Türkiyənin Anadolu Dövlət Universitetini birinciliklə bitirdi

Zaqatalalı gənc Türkiyənin Anadolu Dövlət Universitetini birinciliklə bitirdi

0 660

1.Özünüzdən və aldığınız təhsildən qısaca bəhs edə bilərsiniz?

Mən, Turan Şərifov 21 yaşındayam. Zaqatala rayonunda anadan olmuşam. Anadolu Universiteti Azərbaycan Proqramlarına 2012-ci ildə müraciət edərək qəbul imtahanında iştirak etdikdən sonra  İctimaiyyətlə Əlaqələr və Reklam (Halkla İlişkiler ve Tanıtım) fakültəsinə qəbul oldum. Subbakalavr (iki illik) təhsilimi tamamladıqdan sonra, bakalavr pilləsindən məzun olmaq üçün  (dikey geçiş edərək),  Otel İşinin Təşkili və İdarəedilməsi (Konaklama İşletmeciliği)  fakültəsində də təhsil alaraq 2016-cı ildə artıq məzun oldum. Beləliklə dörd ilə  iki diplom alaraq fakültə birincisi olaraq məzun oldum.

2.Anadolu Universiteti Azərbaycan Proqramları haqqında hardan məlumat əldə etmişdiniz?

Anadolu Universiteti verdiyi təhsilin keyfiyyətinə və tələbə sayına görə dünyasa 3-lükdə yer aldığı universitetlərindən biridir. Lakin xarici proqramları olduğu haqqında məlumatım yox idi, internet araşdırması etdikdən sonra Qərbi Avropanın 17 ölkəsində, hətta Azərbaycandan da bu universitetdə distant formada təhsil almağın mümkün olduğunu öyrəndim. Daha sonra Bakıya gəldikdə,  çox yaxın dostlarımdan biri, sən demə Anadolu Universiteti Azərbaycan Proqramlarının tələbəsi imiş, mənə qısaca distant təhsil haqqında məlumat verdi və bildirdi ki, universitet Azərbaycanda heç bir filialı açmamışdır, biz dünyanın istənilən yerindən,o cümlədən Azərbaycandan internet üzərindən birbaşa bu universitetdə təhsil ala bilirik. Qardaş Türkiyənin Anadolu Universitetinin tələbəsi olan dostum danışdıqca diqqətimi çəkən məqam ölkəni tərk etmədən Türkiyənin Dövlət Universitetində distant  təhsil alma imkanının olması oldu.

3.Gözəl… sizin kimi Anadolu Universitetinin xarici proqramlarında oxuyan və oxumaq istəyənlər üçün nələr əlavə etmək istəyərsiniz?

Bugün  bir Anadolu məzunu olaraq qürur hissi yaşayıram.  Ən çoxu da ona görə ki, Azərbaycan sərhədləri daxilində Türkiyə təhsil sistemini görərək, aldığım qiymətlərin sırf öz zəhmətimin bəhrəsi olması qürurvericidir. Bu mənim əldə etdiyim zəhmətdir, bu mənim uğurumdur. Bir insan yolu özü qət etdiyi zaman daha güclü və özünə güvənli olur, çətinliklər arxada qalır. Təhsil aldığım  dörd il müddətində  yaxşı oxuyan tələbələrə çox yüksək dəyər verildiyinə şəxsən  şahid olmuşam. Çox gözəldir ki, bu dəyər  biz tələbələrin həvəsini artırmaqda, motivə etməkdə böyük rol oynayır. Mən hər il “Yüksək Tərifnamə” (Yüksek Onur Belgesi) aldığım üçün, təhsil haqqı ödənilməsində  mənə  güzəştlər edilmişdir.

4.Bizimlə paylaşmaq istədiyiniz başqa bir özəlliklər var?

Təhsil aldığım müddətdə Anadolu Universiteti Azərbaycan Proqramları haqqında terifli fikirlərlə yanaşı bəzi xoş olmayan fikirlər də səsləndi, bu fikirləri  adətən zəif, oxuya bilməyən, oxuya bilmədiyi üçün də təhsilini yarımçıq qoyan  tələbələr olduğunu şəxsən biz gerçək tələbələr görürdük. Əslində normal qarşılayıram çünki insan anlamadığı bir şeyi hər zaman pisləyir. Seçim etmək istəyən abituriyentlərə, təhsil prosesinin içində olan bir tələbə və bugün də artıq bir məzun olaraq deyə bilərəm ki, bu cür qara piar kompaniyası aparan insanlara görə öz gələcəklərindən imtina etməsinlər. Sağlam düşünərək Anadolu Universitetinin xarici proqramları olan Azərbaycan Proqramlarını seçərək keyfiyyətli təhsil ala bilərsiniz. Keyfiyyətli təhsil almaq sizin də haqqınızdır, gələcək karyeranızın  təminatı isə  sizin təhsilinizdədir.

5.Anadolu Universitetində təhsil almaq sizə nələri qazandırdı?

Anadolu Universiteti  ilk növbədə keyfiyyətli təhsil verərək mənim yüksək ixtisaslı mütəxəssis kimi yetişdirdi, daha sonra isə gözəl insanlar tanıdım, dostlar qazandım.

6.Son olaraq gələcəklə bağlı  planlarınız nələrdir?

Bir neçə gündən sonra vətənə olan borcumu yerinə yetirmək üçün hərbi xidmətə yollanacam.

Məzun olduq… həyatın bir yükü üzərimizdən götürüldü, amma həyat məzun olmaqla bitmir, əksinə bu bir başlanğıcdır. Zamanın tələbi – insan həmişə təhsilini, təcrübəsini inkişaf etdirməlidir. Hərbi xidmətimi başa vurduqdan sonra hədəfim  xarici dil biliklərimi möhkəmləndirərək, ixtisasımla bağlı “Hilton” oteldə staj keçdikdən sonra iş həyatında öz mövqeyimi tutmaq olacaq.

 

Müsahibəni hazırladı: Gülər Qasımlı.

 

0 1 2 5 4 6 7 8 11 9 3 10 12 14

Facebook Comments