Genel

0 378

Anadolu Universiteti məzunu Anar Ağazadə: “İkinci Universitet oxumaq üçün Anadolu Universitetini seçməklə, ən düzgün qərarı verdiyimi məzun olduqdan sonra anladım”

Desəm ki, Anadolu Universitetində oxuyan hər bir tələbənin öz Anadolu  hekayəsi var, yəqin ki, yanılmaram. Elə mənim də bu illərlə bağlı öz Anadolu hekayəm var. Əslində hər şey 2010-cu ildə qardaşımın TQDK-da ikinci qrup üzrə müvafiq universitetə imtahan verməsindən başladı. İyul ayının qızmar günlərindən biri idi.  Qardaşım Abuzər Azərbaycan Texniki Universitetində qəbul imtahanında idi, mən və anam qardaşıma dəstək olmaq üçün onu imtahan binasının həyətində gözləyirdik, bu zaman bir çox özəl və xarici universitetlərin təmsilçiləri, tələbə və valideynlərin sıx olmasından istifadə edərək, təmsil etdikləri universitetlərin məlumat vərəqələrini təqdim edirdilər. Onlardan biri də, Azərbaycanı tərk etmədən distant formada ali təhsil verən, Anadolu Dövlət Universitetinə aid məlumat vərəqəsi idi. Məlumatları oxuduqdan sonra, diqqətimizi cəlb edən nüanslar olduğu üçün, anam onu çantasına qoydu. İmtahan bitdi, qardaşım imtahandan çıxdı və biz birlikdə evə getdik. Həmin gün axşam evdə test blankındakı cavabların doğruluğunu televiziya vasitəsiylə yoxladıq və  rəsmi nəticələri gözləməyə başladıq. Nəticələr açıqlandı, lakin təəssüflər olsun ki, qardaşım istədiyi universitetə qəbul ola bilmədi və növbəti  qəbul imtahanlarına  hazırlaşmağa qərar verdi.

Həmin ilin sentyabr ayı idi, o zaman mən Azərbaycan Kooperasiya Universitetinin sonuncu kurs tələbəsi idim və dərsə gedərkən avtobusda radio ilə səslənən Anadolu Universitetinin qəbul elanını eşitdim və artıq bu universitet haqqında yuxarıda qeyd etdiyim şəkildə məlumatım var idi. Evə döndükdən sonra valideynlərimlə bu universitet haqqında məsləhətləşdik, Distant təhsilin Azərbaycan Respublikasının Təhsil Haqqında qanununda, təhsilalma forması kimi öz əksini tapması bizim qərarımızı qətiləşdirdi və vaxt itirmədən qardaşımın Türkiyənin, həmçinin dünyanın ən nüfuzlu universitetlərindən  biri olan  Anadolu Dövlət Universitetində distant təhsil almasını daha məqsədə uyğun hesab etdik.

Ertəsi gün qardaşım Abuzər, bizə verilən Anadolu Universitetinin Azərbaycan Proqramlarının məlumat vərəqəsində qeyd olunan nömrələrlə əlaqə saxlayaraq, Bakı şəhərində yerləşən ünvana gedərək, sənədlərini təqdim etmiş və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmişdi. Sentyabr ayının sonlarında baş tutan imtahanda o, yüksək bal toplayaraq, Türkiyənin Anadolu Dövlət Uuiversitetinə qəbul oldu.

Qardaşım Abuzər Ağazadə 2010-2014-cü illər ərzində Anadolu Universitetinin  Menecment (“İşletme”) fakültəsində təhsil aldığı müddətdə, dərslərində yaxşı nəticələr əldə edərək Tərifnaməyə (“Onur Belgesi” və “Yüksek Onur Belgesi”) layiq görülmüşdür.

Bir böyük qardaş həm də, bir təcrübəyə malik  tələbə kimi, mən müntəzəm olaraq Abuzərin dərsləri ilə maraqlanırdım, eyni zamanda öz təhsil aldığım tədris proqramı ilə müəyyən müqayisələr aparırdım. Anadolu Universitetinin verdiyi dərsliklər və tədris proqramı mənə çox fərqli gəldiyinə görə , məndə maraq və həvəs yaratmışdır. Universitetinin diqqətimi çəkən dərs proqramını gördükdə,  Kooperasiya Universitetini bitirdikdən sonra, ikinci təhsilimi Türkiyənin Anadolu Dövlət Universitetində  almaq qərarını verdim. Bu qərarı verməyimə ən əsas səbəb, Azərbaycan universitetlərinin diplomları xarici ölkələrdə tanınmadığından, Anadolu Dövlət Universitetinin diplomları isə dünyanın əksər ölkələrində tanındığı üçün, mən gələcəkdə dünyanın istənilən ölkəsində  rahatlıqla işlə təmin edilə bilərəm.

Odur ki, ikinci təhsilim üçün, sənədlərimi Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarına təqdim etdim. İmtahan suallarını cavablandırdım və nəticələrin acıqlanacağı günü səbirsizliklə gözləyirdim. Gözlənilən gün gəldi çatdı. Nəticələr açıqlandı və Türkiyənin Anadolu Dövlət Universitesinin Menecment (“İşletme”) fakültəsinə daxil oldum və bu mənim ən sevincli günlərimdən biri idi çünki, artıq  mən də Anadolu Universitetinin böyük ailəsinin bir üzvü olmuşdum. Qarşıda isə məni məsuliyyətli və maraqlı təhsil illəri gözləyirdi.

Tələbələri qruplara böldülər və mənim qrupum 110 E saylı qrup oldu.  Bizə həm müəllim iştirakı ilə dərslər keçilirdi, həm də Türkiyədən canlı bağlantı vasitəsilə videokonferans dərslər təşkil edilirdi. Təhsilin səviyyəsi çox yüksək  idi.

Seçimimdə yanılmamışdım, Anadolu Universiteti həqiqətən də tələbələrə qayğı göstərir, yüksək səviyyədə təhsil verirdi. İlk tədris ilimdə (2011-2012) bütün imtahanlardan uğurla ikinci kursa keçdim. İkinci kursda müəyyən yeniliklər oldu, Universitet baloniya sisteminə keçid aldı, bununla da biz tələbələr  yuxarı semestr dərslərindən götürməklə dörd illik proqramı üç ilə tamamlamaq  imkanı idi. Yeni qaydalara görə, bir semestrdə  ən çox on bir fənn (45 kreditlik dərs) götürdükdə, imtahanları uğurla keçdikdən sonra universiteti vaxtından əvvəl, yəni dörd  illik bakalavr pilləsini üç ilə bitərərək məzun olmaq olardı.

Artıq hədəfim, Anadolu Universitetinin dörd illik bakalavr pilləsini üç ilə tamamlamaq idi. Payız semestrində on bir fənndən imtahanda iştirak etdim, öhdəlik götürdüyüm  fənnlərdən doqquzundan uğurla keçdim, lakin iki fənndən kəsilərək həmin dərslər gələn ilin payız semestrına qaldı. Onu da qeyd edim ki, mən Anadolu Universitetində oxuduğum illərdə həm də işləyirdim. Eyni vaxtda hər ikisinin öhdəsindən gəlmək çətin olsa da, ikinci universitet xəyallarımın gerçəkləşməsi üçün bütün çətinliklərə hazır idim.  Çünki, İkinci Universitet oxumaq üçün Anadolu Universitetini seçməklə, ən düzgün qərar verdiyimi məzun olduqdan sonra anladım.

Artıq 2013-2014 tədris ilinə qədəm qoymuşduq və ümumilikdə, on fənndən imtahana girdim və başarıyla imtahanlardan keçərək,  Tərifnamə (“Onur Belgesi”) alamağa haqq qazanmışdım. Tərifnamə aldığım zaman, sevincimi, həyəcanımı sözlə ifadə edə bilmirəm, çox fərqli, xüsusi hiss etdirən və zəhmətə dəyər verildiyini göstərən bir qarşılıq idi.

Nəhayət, 2014-2015 tədris ili başladı və mən payız semestri imtahanlarından keçməklə,  Anadolu Universitetini dörd illik bakalavr pilləsini üç il yarıma tamamladım. Sevincimin həddi-hüdudu yox idi. Çünki, dünyanın nüfuzlu universitetlərindən olan Anadolu Dövlət Universitetinin məzunu olmaq çox şərəfli idi.

Başarılı tələbə olduğum üçün, Eskişehir`də Anadolu Universitetində hər il ənənəvi  olaraq təşkil edilən məzuniyyət törəninə dəvət aldım. Eskişehir`də Azərbaycandan bitirən digər tələbə yoldaşlarımla birlikdə məzuniyyət törənində iştirak etdik. Burada çoxlu sayda dostlar da qazandım. Azərbaycandan yüzlərlə məzun arasından seçilib, Türkiyədə öz vətənini təmsil etmək, həqiqətən fəxr ediləsi duyğudur. Məzun yoldaşlarımızla birlikdə, həyata atıldığımızın rəmzi ola məzun papaqlarını havaya atmağın bir başqa gözəlliyi var idi.

Belə yüksək səviyyəli təhsilə görə, tələbələrə göstərilən dəyərə, qayğıya, bir sözlə hər şeyə görə, başda Anadolu Universitetinin Rektoru Prof. Dr. Naci Gündoğana, Anadolu Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmova və əməyi keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm.

Sonda onu demək istəyirəm ki, Anadolu Universiteti sloganında deyildiyi  kimi “Yaşamboyu Eğitim” – oxumağın, öyrənməyin də yaşı, məhdudiyyəti yoxdur. Tələbələrə bir vətəndaş kimi tövsiyyəm zamanlarının, gənclik illərinin qədrini bilərək dəyərləndirsinlər. Məqsədə çatmaq üçün daim, dayanmadan çalışmaq lazımdır. Əmək bazarının, qloballşan dünyanın tələblərini nəzərə alaraq bir ixtisasla kifayətlənməsinlər.

 

Anadolu Üniversiteti Məzunu  Anar Ağazadə

 

0 299

Anadolu Universitetinin məzunu olmaq üçün, bütün dərs kitablarını oxuyaraq imtahanlardan uğurla  keçmək lazımdır.

 “Güz Dönemi” qeydiyyatını yeniləməyən tələbələr, Siz rahatlıqla “Bahar Dönemi” qeydiyyat zamanı

6 MART – 6 APREL tarixlərində qeydiyyatınızı yeniləyərək MƏZUN OLMA xəyallarını gerçəkləşdirə bilərsiniz.

0 548

      Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, uğurlu hekayələr rubrikasını davam etdiririk. Biz bu rubrikanın müntəzəmliyini ona görə təmin edirik ki, burada bəhs etdiyimiz, Anadolu Universitetinin tələbə və məzunlarının həyatda qazandığı uğurlarla, onların rastlaşdığı problem və çətinliklərlə oxucularımızı tanış edək. Məqsədimiz  hər bir gəncin özünə həyatda layiqli yer tutmasında yardımçı olmaqdır. Elə bugünkü qonağımız, Anadolu Universitetinin məzunu Gülnarə Qarayevanın da sizə deyiləsi sözləri var. Həmişə olduğu kimi, onunla da söhbətimizi ənənəvi sualdan başlayırıq.

      Gülnarə xanım, qısa da olsa, özünüz barədə məlumat verərdiniz?

Mən 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Elə orta təhsilimi də Bakının 20 saylı orta məktəbində almışam. Hələ məktəbin yuxarı siniflərində oxuyarkan, hər bir gənc kimi, mən də ali təhsil almaq, öz həyatımı və karyeramı qurmaq arzusu ilə yaşamışam. Vaxtı gəlib çatanda həm ali təhsil aldım, həm də işlə təmin edildim.  Və bunların hamısının səbəbi, Azərbaycanı tərk etmədən Anadolu Universitetindən distant formada aldığım təhsil oldu.  Anadolu Universitetinin məzunu olmaq çox qürurverici bir hiss olmaqla yanaşı, böyük məsuliyyət də tələb edir

      Anadolu Universiteti və məzunu olduğunuz  “Beynəlxalq Münasibətlər” fakultəsini seçmə səbəbiniz?

Qeyd etdiyim kimi, eyni vaxtda həm ali təhsil almaq və həm də işləmək arzusunda idim. Anadolu Universitetinə gəlməyim təsadüfən baş vermədi. Çünki bu universitet haqqında çox eşitmişdim. Lakin hardasa tərəddüd edirdim. Qərarımı verməkdə mənə ilk olaraq valideynlərim dəstək oldular. Və Anadolu Universitetini seçdiyimiz üçün peşman olmadıq, çox düzgün qərar verdiyimizi zaman göstərdi.

      Siz nəyi nəzərdə tutursunuz?          

Mən ilk növbədə Anadolu Universitetini və onun Azərbaycan Proqramlarını nəzərdə tuturam. İlk gündən mən burada qayğı, səmimilik və peşəkarlıq gördüm. Buranın özünəməxsus müsbət aurası var. Tələbələr bir-birləri ilə  texnologiyanın bizlər üçün verdiyi imkanlardan istifadə edərək , virtual və əyani  təmasda ola bilirlər, öz problem və qayğılarını dostları ilə bölüşürlər. Rəhbərlik və işçi heyətinə gəldikdə isə, biz çəkinmədən  öz qayğı və istəklərimizi onlara çatdırmaq imkanlarımız var. Və çoxlarımız bu imkandan yararlanaraq faydalanırıq.

      Sizin söylədiklərinizin  əksəriyyəti daha çox insanlar arasında olan münasibətlərə aiddir. Bəs dərslər haqqında nə deyə bilərsiniz?

Bildiyimiz kimi, Distant Təhsilin bir çox üstünlükləri mövcuddur. Birincisi və ola bilsin ən əhəmiyyətlisi, təhsil prosesi elə təşkil edilmişdir ki, tələbə tam sərbəstdir. Paralel olaraq işləmək imkanı da var. Lakin, bu sərbəstliyə baxmayaraq biliklərin əldə olunması prosesi çox ciddidir və hər bir tələbədən yüksək məsuliyyət hissi tələb edir. İmtahanları müvəffəqiyyətlə vermək üçün oxumaq, dərslərlə gündəlik məşğul olmaq tələb olunur. Adətən digər təhsil növlərində (qiyabi və.s), nə dəsrliklə təmin olunmaq, nə də faydalı təhsil prosesindən söhbət gedə bilməz. Lakin, biz tələbələr  çox müasir kitab və dərsliklərlə təmin olunurduq, üstəgəl elektron vəsaitlər və videokonfranslar da tədris proqramını mənimsəməmizdə çox kömək olurdu.  Sonuncunu xüsusi ilə qeyd etməliyəm ki,bu təhsil metodikası heç də əyanidən seçilmir. Tələbələr  Bakıdakı xüsusi konfrans salonundan, Anadolu Universitetinin ən son müasir texnologiya ilə təchiz edilmiş Eşkişehir`dəki xüsusi mərkəzindən canlı olaraq bağlantı yaradılır, dərslər tədris edilir və tələbələr sual verib cavab almaq imkanlarından yararlanırlar. Mən bu imkanlar sırasına eyni zamanda  televiziya proqramından, yəni  TRT Okul vasitəsi ilə tədris olunan  dərsləri də əlavə etmək istərdim.

      Bildiyimiz kimi, siz təhsilinizi  “Beynəlxalq Münasibətlər” fakultəsində almısınız. Bu  sahəni seçməniz nə ilə bağlıdır?

Dünyadakı müəyyən prosesləri dərk etdikdən sonra, dünyada baş verən beynəlxalq siyasi hadisələr məni çox maraqlandırırdı. Lakin, ən əsası bizim Qarabağ problemimizə aid hər şey daima diqqət mərkəzimdə olub. Bu fakultəni seçəndə hardasa bu proseslərdə yaxından iştirak etmək istəyim olub.

      Qeyd etdiniz ki, işləyirsiniz. Əmək təcrübənizlə oxucularımızı tanış etməyinizi xahiş edirəm.

Bəli işləyirəm. Həyat elə gətirdi ki, Anadolu Universitetinə qəbul olduğum ildə də işləməyə başladım. Son beş ildə bir neçə şirkətdə müxtəlif işlərdə çalışmışam. Bunlar əsasən xarici şirkətlər olub. Onların adlarını da qeyd etmək istəyirəm, Selpak, Samsung, D’loron parfume, Alcatel One Touch, Sun Mobile kimi şirkətlərdə müvafiq işləri icra etmişəm.

      Bunlar əsasən parfüm və mobil telefonlar üzrə şirkətlərdir. Belə seçim nə ilə bağlıdır?

Demək istərdim ki, xarici şirkət və onların nümayəndəliklərində işləmək yüksək məsuliyyət tələb edir. Bu məsuliyyət hissini əldə etməkdə Anadolu Universitində təhsil almağımın çox böyük rolu olub. Mən bu barədə universitetdəki təhsil sistemi haqqında danışanda yuxarıda qeyd etdim. Bax, elə bu məsuliyyət hissi oradan gəlir. Digər tərəfdən, Beynəlxalq Münasibətlər fakultəsində bizə digər biliklərlə yanaşı keyfiyyətli təqdimetmə qabiliyyəti də aşılanırdı. Bu tədris proqramının, işdə mənə çox böyük köməyi dəyir.

       Son iş yeriniz haqqında nə deyə bilərsiniz?

Mən hal-hazırda “VİP Express” şirkətində müştəri xidmətlərində çalışıram. Bu işim birbaşa insanlarla ünsiyyət qurmaqla bağlıdır. Bu işdə də mənə universitetimizin imici, aldığım biliklər yardımçı olmaqdadır.

       Biz də sizə Anadolu Universitetinin adını uğurlarınızla həmişə yüksək tutduğunuz üçün minnətdarlığımızı bildirir və sizə həyatda müvəffəqiyyətlər arzulayırıq. 

0 152

Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan “Açıköğretim, İktisat ve İşletme” Fakültələrindən məzun olmasına bir dərsi qalan tələbələrin semestr uzatmamaları üçün tədbiq olunan “Tek Ders Sınavı”nın 2016-2017 tədris ilindən etibarən “Üç Ders Sınavı” ilə əvəz edildiyini bildirmişdir.

Prof. Dr. Naci Gündoğan “Açıköğretim, İktisat ve İşletme” Fakültələrində bakalavr və ya subbakalavr pillələrində təhsil alan, üç dersi olan və  bu dərsləri uğurla keçdiyi zaman məzun ola biləcək tələbələrə aid edilən “Üç Ders Sınavı”dan  məzun durumunda olan tələbələrin yararlana biləcəyinə açıqlıq gətirmişdir: Qeydiyyatda olduğu fakültə/bölümlərdə bütün dərsləri alan və üç dərsdən uğursuz  olduğu üçün məzun ola bilməyən  tələbələr, “Üç Ders Sınavı”nda iştirak edə biləcəyini vurğulayan Prof. Dr. Naci Gündoğan, “Üç Ders Sınavı”na aid əsas məqamları açıqlamışdır:

“Tələbənin “Üç Ders Sınavı”nda   iştirak edə bilməsi üçün 2016-2017 tədris ilində Payız və Yaz semestrlərində həmin dərslərdən qeydiyyatdan keçməsi zəruridir. “Üç Ders Sınavı”nın nəticəsi, “Dönem Sonu” imtahanının nəticəsi ilə əvəz olunacaq.

Rektor Naci Gündoğan səbəbindən asılı olmayaraq “Üç Ders Sınavı”nda iştirak etməyən və ya edə bilməyən tələbələr üçün təkrar imtahan təşkil edilməyəcəyini  xüsusilə qeyd etmişdir.

Xarici proqramlar üçün “ Üç Ders Sınavı” 13 Avqust 2017-cı il tarixində fakültə idarə heyəti qərarı ilə təyin olunan imtahan mərkəzində keçiriləcək.

Prof. Dr. Naci Gündoğan “Açıköğretim Sistemi”ndə təhsil alan tələbələrin uğurlarının daha da inkişaf etdirəcəklərinə dair tədbiq olunacaq yenilikləri də bildirərək, tələbələrə dərslərində uğurlar arzulamışdır.

 

0 391

          28 İyun 2016-cı il tarixində Ramazan ayı münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi`nin (ATİB-in) təşəbbüsü və dəstəyi ilə Ramada Otelində təşkil edilmiş İftar yeməyində Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer, Millət Vəkili Qənirə Paşayeva, İqtisad Universiteti Rektorunun müşaviri Elşən Bağırzadə, Türkiyə Səfirliyinin Müşavirləri və digər əməkdaşları, Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyəti sədri Avnı Demirci, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Yıldıray Arslan, ATİB üzvləri və digər dəvət olunmuş qonaqlar da iştirak etmişdirlər.

          ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın qonaqları salamlayaraq, Ramazan ayı münasibətilə qonaqları təbrik etmiş, tutulan orucların qəbul olunmasını diləmiş, mövzuya aid öz fikirlərini bildirmiş və tərəfindən iftar yeməyində iştirak edənlərə təşəkkür etmişdir.

          Sonda dualar oxunmuş, qonaqlara milli yeməklər və şirniyyatlar təqdim edilmişdir.

0 2 3 4 4b 5 6 7 8 9 10 10b 11 12 13 14 15 16 17

0 72
İktisat 1yarıyıl
DERS ADI ARA SINAVI ÜNİTE SAYI FİNAL SINAVI ÜNİTE SAYI ECTS
GENEL MUHASEBE-1 1-4 1-8 5 KREDİ
GENEL İŞLETME 1-4 1-8 5 KREDİ
SOSYOLOJİYE GİRİŞ 1-4 1-8 4 KREDİ
İKTİSADA GİRİŞ- 1 1-4 1-8 5 KREDİ
MATEMATİK- 1 1-4 1-8 4 KREDİ
TEMEL BİLGİ TEKNOLOJİLERİ- 1 1-4 1-8 3 KREDİ
HUKUKUN TEMEL KAVRAMLARI 1-4 1-8 4 KREDİ

 

İktisat 3yarıyıl
DERS ADI ARA SINAVI ÜNİTE SAYI FİNAL SINAVI ÜNİTE SAYI ECTS
MUHASEBE UYGULAMALARI 1-4 1-8 4 KREDİ
ANAYASA HUKUKU 1-4 1-8 5 KREDİ
İKTİSADİ DÜŞÜNCELER TARİHİ 1-4 1-8 4 KREDİ
İSTATİSTİK- 1 1-3 1-6 4 KREDİ
KAMU MALİYESİ 1-4 1-8 5 KREDİ
MİKRO İKTİSAT 1-4 1-8 5 KREDİ
ATATÜRK İLKELERİ VE İNKILAP TARİHİ -1 1-4 1-8 3 KREDİ
İktisat 5yarıyıl
DERS ADI ARA SINAVI ÜNİTE SAYI FİNAL SINAVI ÜNİTE SAYI ECTS
DEVLET BÜTCESİ 1-4 1-8 5 KREDİ
MATEMATİKSEL İKTİSAD 1-4 1-8 5 KREDİ
PARA TEORİSİ 1-4 1-8 5 KREDİ
SANAYİ EKONOMİSİ 1-4 1-8 4 KREDİ
TARIM EKONOMİSİ VE TARIMSAL POLİTİKALAR 1-4 1-8 4 KREDİ
ULUSLARARASI İKTİSAT TEORİSİ 1-4 1-8 4 KREDİ
İNGİLİZCE -1 1-6 1-12 3 KREDİ
İktisat 7yarıyıl
DERS ADI ARA SINAVI ÜNİTE SAYI FİNAL SINAVI ÜNİTE SAYI ECTS
AVRUPA BİRLİĞİ 1-4 1-8 5 KREDİ
FİNANSAL EKONOMİ 1-4 1-8 5 KREDİ
İKTİSADİ KALKINMA 1-4 1-8 5 KREDİ
TÜRK VERGİ SİSTEMİ 1-4 1-8 5 KREDİ
VERGİ HUKUKU 1-4 1-8 4 KREDİ
İNGİLİZCE – 3 1-6 1-8 3 KREDİ
TÜRK DİLİ -1 1-4 1-8 3 KREDİ

0 733
ANLATIM BİÇİMLERİ KONU TESTLERİ download1
ANLATIM BOZUKLUKLARI KONU TESTLERİ-1
CÜMLEDE ANLAM KONU TESTLERİ-1
CÜMLE BİLGİSİ  KONU TESTLERİ
CÜMLENİN ÖĞELERİ KONU TESTLERİ
 EDAT-BAĞLAÇ-ÜNLEM KONU TESTLERİ
 EK FİİL KONU TESTLERİ
 FİİLDE ÇATI KONU TESTLERİ
 FİİLDE KİP-YAPI-ZAMAN KONU TESTLERİ
 FİİLİMSİLER KONU TESTLERİ
 FİİLLER KONU TESTLERİ
 İSİMLER (ADLAR) KONU TESTLERİ
 NOKTALAMA İŞARETLERİ KONU TESTLERİ
 PARAGRAFTA YAPI KONU TESTLERİ
 SES BİLGİSİ  KONU TESTLERİ
 SIFATLAR (ÖN ADLAR) KONU TESTLERİ
SÖZ ÖBEKLERİNDE ANLAM KONU TESTLERİ
 SÖZCÜKTE ANLAM KONU TESTLERİ
 SÖZCÜKTE YAPI  KONU TESTLERİ-1
 YAZIM KURALLARI KONU TESTLERİ   
 ZAMİRLER (ADILLAR) KONU TESTLERİ  
 ZARFLAR (BELİRTEÇLER) KONU TESTLERİ