Anadolu Universiteti Rektoru  Prof. Dr. Naci Gündoğan, “Açıköğretim Sisteminde” 1.5 milyona yaxın...

Anadolu Universiteti Rektoru  Prof. Dr. Naci Gündoğan, “Açıköğretim Sisteminde” 1.5 milyona yaxın təhsil alan tələbələrə müjdəli xəbərini verdi

0 153

Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan “Açıköğretim, İktisat ve İşletme” Fakültələrindən məzun olmasına bir dərsi qalan tələbələrin semestr uzatmamaları üçün tədbiq olunan “Tek Ders Sınavı”nın 2016-2017 tədris ilindən etibarən “Üç Ders Sınavı” ilə əvəz edildiyini bildirmişdir.

Prof. Dr. Naci Gündoğan “Açıköğretim, İktisat ve İşletme” Fakültələrində bakalavr və ya subbakalavr pillələrində təhsil alan, üç dersi olan və  bu dərsləri uğurla keçdiyi zaman məzun ola biləcək tələbələrə aid edilən “Üç Ders Sınavı”dan  məzun durumunda olan tələbələrin yararlana biləcəyinə açıqlıq gətirmişdir: Qeydiyyatda olduğu fakültə/bölümlərdə bütün dərsləri alan və üç dərsdən uğursuz  olduğu üçün məzun ola bilməyən  tələbələr, “Üç Ders Sınavı”nda iştirak edə biləcəyini vurğulayan Prof. Dr. Naci Gündoğan, “Üç Ders Sınavı”na aid əsas məqamları açıqlamışdır:

“Tələbənin “Üç Ders Sınavı”nda   iştirak edə bilməsi üçün 2016-2017 tədris ilində Payız və Yaz semestrlərində həmin dərslərdən qeydiyyatdan keçməsi zəruridir. “Üç Ders Sınavı”nın nəticəsi, “Dönem Sonu” imtahanının nəticəsi ilə əvəz olunacaq.

Rektor Naci Gündoğan səbəbindən asılı olmayaraq “Üç Ders Sınavı”nda iştirak etməyən və ya edə bilməyən tələbələr üçün təkrar imtahan təşkil edilməyəcəyini  xüsusilə qeyd etmişdir.

Xarici proqramlar üçün “ Üç Ders Sınavı” 13 Avqust 2017-cı il tarixində fakültə idarə heyəti qərarı ilə təyin olunan imtahan mərkəzində keçiriləcək.

Prof. Dr. Naci Gündoğan “Açıköğretim Sistemi”ndə təhsil alan tələbələrin uğurlarının daha da inkişaf etdirəcəklərinə dair tədbiq olunacaq yenilikləri də bildirərək, tələbələrə dərslərində uğurlar arzulamışdır.

 

Facebook Comments