“Onlayn Tələbə Birlikləri” artıq istifadənizdə!

“Onlayn Tələbə Birlikləri” artıq istifadənizdə!

0 186

Əziz “Açıköğretim Fakültesi” Tələbələrimiz,

Anadolu Universiteti “Açıköğretim Fakültesi” olaraq sadəcə təhsil ilə kifayətlənməyib sosial fəaliyyətlər və tədbirlər mövzusunda da sizlərə daha yaxşı xidmət göstərmək məqsədi ilə 2016-2017 tədris ilində Anadolu Universiteti Onlayn Tələbə Birliklərini yaratdıq. Qeyd olunan birliklərə ilkin mərhələdə Kitab Birliyi, Film/Kino Birliyi, Fotoqrafiya Birliyi və Tarix Birliyi daxildir. İlk fəaliyyətləri və tədbirləri 2017-ci ilin Yanvar ayından etibarən başlayacaq bu birliklərdən “Açıköğretim Sistemi”ndə qeydiyyatda olan bütün tələbələrimiz https://ekampus.anadolu.edu.tr səhifəsində ödənişsiz qeydiyyatdan keçərək yararlana bilərlər.

Birliklər fəaliyyətlərini mütəmadi olaraq Anadolu Universitetinin nəzdində fəaliyyət göstərən bir müəllimin rəhbərliyi ilə kompüter vasitəsilə onlayn olaraq həyata keçirəcəkdir. Keçiriləcək tədbirlər və fəaliyyətlər bir ay əvvəl https://ekampus.anadolu.edu.tr  səhifəsindən elan olunacaqdır. Təqribən 60 dəqiqiqə davam edəcək tədbirlərə birlik rəhbərləri (müəllimləri) öz sahələrinin mütəxəssislərini dəvət edəcəklər. Bu mütəxəssislərə həm o birliyin rəhbəri, həm də birliyə qeydiyyatdan keçərək üzv olan tələbələr onlayn olaraq sual vermək imkanına malik olacaqlar. Eyni zamanda, birliyə daxil olan tələbələr, birliyin səhifəsində yaradılan müzakirə platforması vasitəsilə keçiriləcək tədbirdən öncə bir-biri ilə ünsiyyət yarada biləcəklər. Bununla yanaşı, birlik rəhbərləri müntəzəm olaraq, birliklərinə aid üz-üzə (canlı) tədbirlər təşkil etmək və fəaliyyətlər həyata keçirmək üçün müxtəlif  şəhərlərdə yaşayan “Açıköğretim Fakültesi” tələbələri ilə görüşəcəklər.

Hamınızı Online Tələbə Birliklərimizə gözləyirik!

 

Facebook Comments