Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Almaniya Federativ Respublikasında işgüzar səfərdə...

Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Almaniya Federativ Respublikasında işgüzar səfərdə olmuşdur.

0 106 views

      Almaniyanın Köln şəhərində yerləşən Anadolu Universitesi Batı Avrupa Bürosunun (Anadolu Universiteti Qərbi Avropa şöbəsi) təşkilatçılığı ilə 15 oktyabr 2016-cı il tarixində keçirilən “30. Yıl Mezuniyet Töreni”ndə iştirak etmək üçün Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Almaniya Federativ Respublikasında işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Anadolu Universiteti rektoru Prof. Dr. Naci Gündoğanın başçılığı ilə Köln şəhərinə gəlmiş, universitetinin prorektorları, dekanları, Qərbi Avropa programları koordinatoru və Universitetin 25 nəfərlik digər  professor-müəllim heyəti ilə görüşmüşdür. Keçirilən görüşlərdə Anadolu Universiteti Azərbaycan Proqramları ilə əlaqədar və digər bir sıra məsələlər müzakirə olunduqdan sonra, onlar  “30. Yıl Mezuniyet Töreni”ndə iştirak etmişlər. Tədbirdə həmçinin T.C. Almaniyanın Köln şəhərinin Baş Konsolu Hüseyin Emre Engin, “Berlin Büyükelçiliği Din Hizmetleri” Müşaviri ve “Almanya Diyanet İşleri Türk İslam Biriliği” sədri Prof. Dr. Nevzat Yaşar Aşıkoğlu da iştirak etmişdir.  Tədbirdə Anadolu Universiteti Qərbi Avropa Proqramlarından 150-ə yaxın tələbənin diplomları və təltifnamələri təqdim edilmiş və tədbir konsert programı ilə yekunlaşmışdır. Tədbirdə Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universitetinin 80 yaşlı məzunu Mehmet Yarenoğlu ilə görüşərək, təhsilin yaş və sərhəd tanımadığını bildirmişdir.

      Tədbirdən sonra Anadolu Universiteti rektoru Prof. Dr. Naci Gündoğan, Anadolu Universiteti Qərbi Avropa Proqramları koordinatoru Yrd. Doç. Dr. Ahmet Atilla Doğan, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və digər rəsmi şəxslər Almaniyanın Köln şəhərində tarixi yerləri gəzərək tarixi əsərlərlə tanış olmuşlar və sonra yaşı 200-ə yaxın  olan Köln Botanika bağında olmuşdurlar. Anadolu Universiteti rektoru Prof. Dr. Naci Gündoğan bu cür gözəl məkanların Eskişehirdə Anadolu Universitetinin ərazisində də yaradılması üçün hazırda müəyyən işlərin getdiyini bildirmişdir.

Facebook Comments