Türkiyə Cümhuriyyətinin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 29-da Park İnn otelde...

Türkiyə Cümhuriyyətinin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 29-da Park İnn otelde “Cümhuriyet Balosu” təşkil edilmişdir.

0 89 views

     Türkiyə Cümhuriyyətinin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 29-da Park İnn otelde “Cümhuriyet Balosu” təşkil edilmişdir. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı yeni təyin olunmuş səfiri cənab Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer,  Azərbaycanda fəaliyyət göstərən türk qurumlarının rəhbərləri , Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, KİV nümayəndələri iştirak etmişdirlər.

      Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov, tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Erkan Özoral ilə görüşərək, ona Anadolu Universiteti  Azərbaycan Proqramlarının fəaliyyəti  haqqında  məlumat vermişdir.

      Tədbir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə həsr olunmuş filmin nümayişi ilə başlamışdır. Daha sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək Türkiyə Cümhuriyyətinin  93 ildə keçdiyi şanlı tarixindən bəhs etmiş və Azərbaycan Türkiyə münasibətlərinin bugün ən yüksək səviyyədə olduğunu qeyd etmişdir. Səfir həmçinin xatırlatmışdır ki, 2016-ci ilin fevral ayında  Ankarada terror səbəbindən Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəp Tayyib Ərdoğan  Bakıda keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli görüşə gələ bilmədikdə, Azərbaycan Prezidenti cənab İlham Əliyev ona zəng edərək bildirmişdir ki: “Qardaş gələ bilmirsə, biz gələrik. Və bundan sonra Azərbaycan Prezidenti onu müşayət edən nümayəndə heyəti ilə özü Ankaraya görüşə getmişdir. Bu da dünyada bənzəri olmayan dostluq, qardaşlıq nümunəsidir.”

      Sonra “Cümhuriyet Balosu” Türkiyədən gəlmiş sənətçilərin ifaları ilə musiqili əyləncəli proqramla davam etmişdir.

 

Facebook Comments