Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun səlahiyyət müddətinin başa çatması ilə...

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyənin Azərabaycandakı səfirliyində rəsmi qəbul təşkil edilmişdir.

0 88 views

          29 sentyabr 2016-ci il tarixində Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunan tədbirdə Azərbaycan dövlət nümayəndələri, Milli Məclisin komitə sədrləri və millət vəkilləri, universitet rektorları və ziyalılar iştirak edirdilər. Qonaqları  səfirliyin foyesində Türkiyənin Azərbaycandakı səfiri cənab Alper Coşkun qəbul edirdi.

      Tədbirdə həmçinin Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov da iştirak etmişdir. Səfir ilə görüşən Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov ona fəaliyyəti dövründə təhsil sahəsinə xüsusi ilə, Anadolu Universitetinin təhsilinə göstərdiyi dəstəyə görə öz adından və çoxsaylı tələbələr adından təşəkkürünü bildirmiş ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

      Sonda xatirə şəkili çəkdirilmişdir.

 

Facebook Comments