Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri ilə “Milli-Mənəvi dəyərlərin və vətənpərvərlik...

Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri ilə “Milli-Mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin gənclər arasında təbliği” adlı tədbir keçirilmişdir

0 172

Dekabrın 9-u Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının və Anadolu Universiteti “Azərbaycan Proqramları”nın birgə təşkilatçılığı ilə, “Milli-Mənəvi  dəyərlərin və vətənpərvərlik hisslərinin gənclər arasında təbliği” adlı tədbir keçirilmişdir. Tədbirdə, Anadolu Universiteti “Azərbaycan Proqramları”nın Kooordinatoru Azər Hətəmov, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifova, Azərbaycan  Jurnalist  Qadınlar Assosiasiyasının Vitse-Prezidenti  Şəhla Bayat və Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İstitutunun Filologiya üzrə fəlsəfə doktoru, Dosent Esmira Fuad  iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Koordinator Azər Hətəmov, qonaqları və tələbələri salamlayaraq, tədbirin əhəmiyyətindən, bunun Azərbaycan gəncləri üçün nə qədər önəmli olmasından bəhs edərək, son zamanlar ölkəmizdə  bu istiqamətdə çox böyük işlərin görüldüyünü qeyd etdi. Həmçinin natiq A. Hətəmov çıxışında gənclərə xitabən demişdir: “Qarabağ kimi problemimizin olması və yeni müstəqillik qazanmış bir ölkə olaraq, vətənpərvərlik, həmçinin hərbi vətənpərvərlik mövzusunun aktuallığı bizlər üçün hər zaman böyük əhəmiyyət kəsb edir və buna görə də gənclərimizi milli ruhda, vətənpərvər yetişdirməliyik ki, gələcəkdə  Azərbaycan üçün öz töhfələrini verə bilməklə yanaşı layiqli vətəndaş olsunlar.”

Daha sonra Koordinator Azər Hətəmov, Layihənin rəhbəri, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı gənclərə təqdim edərək onun 2010-cu ildə  Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiyini, Azərbaycan və Gürcüstan QHT-ləri tərəfindən də mükafatlandırıldığını qeyd edərək sözü  Sevil xanıma vermişdir.

Sevil Yusifova öz nitqində vurğulamışdır: “Bugün burada sizlərlə görüşümüzü təşkil edən, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmova, layihəmizin həyata keçməsində, Azərbaycan Respublikasının Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm.  Əziz Anadolu Universitetinin tələbələri. Sizlər hansı ixtisasın sahibi olursunuz olun, ən vacibi öz  dilinizi, Azərbaycan dilini yaxşı bilərək qoruyub saxlamalısınız. Bu cəmiyyətdə sizlərin bir fərd kimi, şəxs kimi, savadlı bir insan imicinizi yaradacaq. Milii mənəvi dəyərlər hər bir vətəndaşın cəmiyyətdə formlaşmasına və inkişafına təkan verən dəyərlərdir. Qloballaşan dünyada , hər bir kiçik dövlət öz milli mənəvi dəyərlərinə sahib çıxacaqsa, bu qloballaşmanın içində əriyib getməyəcək. Siz gənclər bugün hər biriniz bizim Türkiyədəki diaspora gücümüzsünüz, Azərbaycanı hər kəs öz şəxsində necə təqdim edirsə, təkcə millətini deyil, o həmçinin ailəsini və özünü təqdim etmiş olur. Bizlər öz milli dəyərlərimizin fərqinə başqa xalqların yanında olanda vara bilirik və nə qədər milli mənəvi dəyərləri zəngin bir millət olduğumuzu bir daha anlayırıq.”

Daha sonra söz  Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İstitutunun Filologiya üzrə fəlsəfə doktoru, Dosent Esmira Fuada verilmişdir. Esmira Fuad öz çıxışında qeyd etmişdir ki, “Siz tələbələrin keyfiyyətli insan kimi formalaşması, Anadolu  Universiteti və bütün təhsil müəssisələrinin əsas hədəf nöqtəsidir. Sizlərin digər tələbələrdən bir üstünlüyünüz və fərqiniz  vardır ki, siz Türkiyənin Anadolu Dövlət Universitetində distant formada təhsil almaqla, universitetiniz ilə  məsafədən əlaqəyə girərək fərqli və müasir təhsil almaqdasınız. İnsanı insan edən onun milli dəyərlərə  sahiblik duyğusunun hansı səviyyədə olmasıdır. Bir insanın maddi zənginliklərinin miqdarının çoxluğundan asılı olmayaraq, əgər o insanın ayağı vətən torpağına dəymirsə, o sadəcə  canlı bir varlıqdır. Əgər bizim torpağımız , himnimiz, gerbimiz, bayrağımız yoxdursa biz kimə gərəyikki? Təhsil aldığınız qardaş  Türkiyədə ,  29  Oktyabr olduğum zaman Cümhuriyyət günü münasibətilə,  bütün eyvanlarda bayraqlar asıldığının şahidi oldum, sanki binalarda lalələr açılmışdır, bu çox qürurverici bir hissdir. Bizlər də bayrağımızı evlərimizdən, eyvanlarımızdan sevgi və istəklə asmalıyıq. Cənubi Azərbaycan  şairi Əli Daşqının bayrağımıza həsr etdiyi “Mən səni öylə sevdim ki” şeirini səsləndirən Esmira Fuad, şeirdəki  “Mavi gözlü, yaşıl telli, al çiçəkli köynəyini” misrasında, şairin milli atributlarımızı vəsf etdiyini bildirdi”

Sonra söz Azərbaycan Jurnalist  Qadınlar Assosiasiyasının vitse-prezidenti,  Azərbaycan Times İnformasiya Agentliyinin rəhbəri  Şəhla Bayata verilmişdir. Şəhla Bayat öz çıxışında: “Vətənpərvərlik ancaq hərbiçilərdə olmalı deyil, bizim hər birimizdə olmalıdır. Vətənpərlik ən birinci vicdandan başlayır, vicdansız adam vətənini  sevə bilməz.”  Daha sonra tələbələrlə  intellektual oyunlar apararaq, milli atributlarımızın mənalarından danışan Şəhla Bayat, tələbələri vətəni, milləti üçün könüllü olaraq xidmət göstərməyə dəvət etmişdir.”

Tədbirdən sonra Anadolu Universiteti “Azərbaycan Proqramları”nın Koordinatoru Azər Hətəmov qonaqları  qəbul edərək, tədbirin mövzusunun müzakirəsini dəyirmi masada davam etdirmişlər, layihənin rəhbəri Sevil Yusifova, Anadolu Universiteti “Azərbaycan Proqramları” ilə əməkdaşlıqdan hər zaman məmnun olduğunu bildirərək, gənclərimizdə vətənpərvərlik ruhunun inkişafına  yönələn əməkdaşlığa görə də, Koordinator Azər Hətəmova öz dərin minnətdarlığını bildirmişdir.  Eyni zamanda  Koordinator  Azər  Hətəmov da, bu istiqamətdə gördüyü işlərə, belə layihələri həyata keçirdiyinə görə , Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti  Sevil Yusifovaya öz təşəkkürünü bildirmişdir.

Facebook Comments