2 Fevral Azərbaycanda Gənclər günüdür!

2 Fevral Azərbaycanda Gənclər günüdür!

0 463
Gençler Günü

        Ümumilli liderimiz  Heydər Əliyevin 1997-ci il tarixli sərəncamı ilə 2 Fevral Azərbaycanda “Gənclər günü” elan olunub. Həmin tarixdən bu günə qədər hər ilin 2 Fevral günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. 19 ildir qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.  Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.

        Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan cənab prezident İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.  Bu ilin yanvar ayının  29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırdı.

        Biz də “Anadolu Üniversitesi Azerbayan Programları” olaraq Azərbaycan gənclərini, tələbələrimizi  ürəkdən təbrik edir, onlara  təhsillərində və işlərində uğurlar, arzuluyarıq!

InstagramFacebook YouTube

Facebook Comments