22 Dekabr Anadolu Universiteti Azərbaycan Proqramlarında yeni “Test-sınaq imtahanı” proqramının...

22 Dekabr Anadolu Universiteti Azərbaycan Proqramlarında yeni “Test-sınaq imtahanı” proqramının təqdimatı olmuşdur.

0 466

      22 Dekabr 2016-cı il tarixdə  Anadolu Universiteti Azərbaycan Proqramlarında bir qrup fəal tələbələrin iştirakı ilə, yeni “Test-sınaq imtahanı” proqramının təqdimatı olmuşdur. Təqdimat zamanı tələbələrə proqram təminatının xüsusi imkanları və üstünülükləri barədə  ətraflı məlumat verilmişdir.  Proqram təminatı Anadolu Universitetinin imtahan qaydalarına uyğun olaraq hazırlandığı üçün Anadolu Universiteti Azərbaycan Proqramları tələbələri yaradılmış bu imkanlardan yararlanaraq istənilən zaman ödənişsiz şəkildə təhsil aldıqları bütün fənnlər üzrə öz biliklərini sınaqdan keçirə bilərlər. Anadolu Universiteti Azərbaycan Proqramları tələbələri üçün hazırlanmış  “Test-sınaq imtahanı proqramı tələbələr tərəfindən maraqla qarşılanmış və onlar proqram təminatının ərsəyə gəlməsində rolu olan hər kəsə öz minnətdarlıqlarını bildirmişlər. Təqdimat zamanı tələbələrlə bərabər  test proqramının bir nümunəsi işlənilmişdir.

      Sonda tələbələrin sual və təklifləri dəyərləndirilərək, onlara ətraflı məlumatlar  verilmişdir.

      Yeni tətbiq olunmuş “Test-sınaq imtahanı” proqramının, tələbələrimiz üçün faydalı olacağına, imtahanlarda daha yaxşı nəticələr əldə edəcəklərinə ümid edirik.

Facebook Comments