Koordinator Azər Hətəmov uğurla təhsil alan, ictimai fəal tələbə Sona Salmanlını qəbul...

Koordinator Azər Hətəmov uğurla təhsil alan, ictimai fəal tələbə Sona Salmanlını qəbul etmişdir

0 164 views

Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov 2017-ci ilin fevral ayı ərzində müxtəlif suallarla müraciət edən 25 nəfərə yaxın tələbəni onların müraciətləri əsasında  qəbul edərək, suallarını cavablandırmış və onlara lazımi məsləhətlər vermişdir. Onların arasında ictimai fəal, dərslərində uğurlu nəticələri olan tələbəmiz Sona Salmanlı da Koordinator tərəfindən qəbul edilmişdir.

Qəbul zamanı distant təhsilalma formasının üstünlükləri, eləcə də cəmiyyətin inkişafında gənclərimizin ictimai fəallığı barədə müzakirələr aparılmışdır. Təhsil həyatında uğurlu olan tələbəmiz Sona Salmanlı, gənclərin məsafədən təhsil almaları üçün yaradılan  şəraitə görə, Anadolu Universiteti rektorluğuna və Azərbaycandakı tələbələrlə yaxından maraqlanan, onlarla birbaşa əlaqədə olan, Anadolu Universiteti Azərbaycan Proqramların koordinatoru Azər Hətəmova bütün tələbələr adından öz minnətdarlığını bildirmişdir.

Sonda Koordinator  Azər Hətəmov, bundan sonra da təhsilində uğurlu nəticələr əldə edən tələbələrə universitet tərəfindən dəstək veriləcəyini qeyd edərək,  Sona Salmanlıya Anadolu  Universitetinin döş nişanını  və üzərində Anadolu Dövlət  Universitetinin loqosu  həkk olunmuş digər hədiyyələri təqdim etdi.

Facebook Comments